İstanbulda saxta spirtli içki yenidən can aldı Dünya

İstanbulda saxta spirtli içki yenidən can aldı

İstanbulda zəhərlənmə şikayəti ilə xəstəxanaya müraciət edən 46 yaşlı Nidal Mahi saxta spirtli içkidən dünyasını dəyişib. Meyidin yarılma əməliyyatları tamamlanandan sonra cəsəd ailəsi tərəfindən Ədliyyə Tibb İdarəsindən götürülüb.

Qeyd edilir ki, hadisə çərşənbə axşamı baş verib. İddiaya görə, Suriya vətəndaşı Nidal Mahi spirtli içki alıb. Axşam saatlarında içki qəbul edən N.Mahi çərşənbə günü Bağcılar Təhsil və Araşdırma Xəstəxanasına müraciət edib.

Saxta spirtli içkidən zəhərləndiyi müəyyən edilən Suriya vətəndaşı müalicə altına alınıb. 5 uşaq atası N.Mahi dünən saat 22:30 radələrində edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib.