Rusiyadan Xarkov və Poltavaya hücum: 7 nəfər öldü Dünya

Rusiyadan Xarkov və Poltavaya hücum: 7 nəfər öldü

11:15

Rusiya Ukraynanın Xarkov və Poltava vilayətlərindəki infrastruktura zərbələr endirib.

Xalqcebhesi.az xəbər verir ki, Poltava ərazisində raketlərdən biri yaşayış binasına düşüb. Hadisədən sonra binada yanğın başlayıb.

Həmin ərazilərə elektrik enerjisinin verilməsi də dayandırılıb.

Xarkov Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, hazırda zərərçəkənlər və dağıntıların miqyası ilə bağlı məlumatlar dəqiqləşdirilir.

***

Rusiya ordusunun Ukraynanın Poltava şəhərində yaşayış binasına raket zərbələri nəticəsində 2 dinc sakin ölüb, 7 nəfər isə yaralanıb.

"İnsayder" yaralıların arasında bir azyaşlı uşağın da olduğu barədə yazıb.

Əraziyə xilasedicilər və tibbi briqadalar cəlb edilib.

Zərbə nəticəsində binanın bir girişi çöküb, həmçinin yaxınlıqdakı avtomobillərdə yanğın başlayıb.

Xarkov da hava zərbələrinə məruz qalıb. Mer İqor Terexovun sözlərinə görə, raketlərdən biri yaşayış binasının yaxınlığına düşüb. Bundan sonra ərazidə yanğın başlayıb.

İ.Terexov ilkin məlumata görə, bir nəfərin yaralandığını açıqlayıb.

***

Rusiya ordusunun Ukraynanın Poltava şəhərindəki yaşayış binasına raket zərbələrindən ölənlərin sayı 3 nəfərə çatıb.

Bu barədə məlumatı şəhərin Fövqəladə Hallar Xidməti yayıb.

Bildirilib ki, hadisə zamanı aralarında bir azyaşlı uşaq olmaqla, 10 nəfər yaralanıb.

***

Poltavada çoxmərtəbəli binaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 7-yə çatıb.

Bu barədə vilayət hərbi administrasiyası məlumat yayıb.

Bildirilib ki, yaralıların sayı da 14-ə yüksəlib.