ABŞ-ın Ukraynadan istəyi: İlin sonuna kimi... Dünya

ABŞ-ın Ukraynadan istəyi: İlin sonuna kimi...

Vaşinqton istəyir ki, Ukraynada prezident seçkiləri 2025-ci ilin sonuna qədər, xüsusən də Rusiya ilə barışıq əldə edilərsə, keçirilsin.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ liderinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.

"Demokratiya ölkələrinin çoxu müharibə zamanı seçki keçirir. Məncə, bu seçki vacibdir. Bu, demokratiya üçün yaxşıdır. Bu, güclü demokratiyanın gözəlliyidir - potensial olaraq birdən çox namizəd ola bilər", - Kelloq qeyd edib.