Məsud Pezeşkian Tehranda Hikmət Hacıyevi qəbul edib - FOTO
2 Fevral 21:29
2 Fevral 21:29
2 Fevral 17:16
2 Fevral 17:00
1 Fevral 23:02
Fevralın 1-də Ştutqartdakı “Mersedes-Benz” muzeyində keçirilən “RM Sotheby’s” auksionunda 1954-cü ildə hazırlanmış qapalı təkərli versiyada – “Stromlinienwagen” – “Mersedes-Benz W 196 R" yarış maşını satılıb.
Xalqcebhesi.az xəbər verir ki, lotun qiyməti 51 155 000 avro (53 917 370 dollar) olub. Bu, “Mersedes-Benz W 196 R”-i tarixdə ən bahalı Qran Pri avtomobili edir. Həmçinin dünyada ikinci ən bahalı avtomobil olub.
Hərraca çıxarılan “Mersedes-Benz W 196 R” (seriya nömrəsi 00009/54) 1954-cü ildə – ilkin olaraq açıq təkərlərlə istehsal edilib. Bu avtomobillə Xuan Manuel Fanqio 1955-ci il Formula-1 mövsümünün ilk turu olan Argentina Qran Prisinin qalibi olub.
Avtomobil daha sonra qapalı təkərləri olan daha aerodinamik kuzovla yenidən qurulub və bu formada 1955-ci ildə İtaliya Qran Prisində Stirling Moss tərəfindən idarə olunub. Britaniyalı finiş xəttinə çata bilməyib, lakin yarışın ən sürətli dövrəsini təyin edib. 1965-ci ildə avtomobil “Indianapolis Motor Speedway” muzeyinin kolleksiyasına təhvil verilib və hərraca qədər orada saxlanılıb.