Qərb Putinin yerinə namizəd “tapdı”: Xokkeyçi… Dünya

Qərb Putinin yerinə namizəd “tapdı”: Xokkeyçi…

Jurnalist Duqlas Makkinnon bəyan edib ki, Vaşinqton Milli Xokkey Liqasının hücumçusu Aleksandr Oveçkin Rusiya prezidenti ola bilər.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə “Foks Nyus”da dərc edilən məqaləsində bildirib.

“Deyə bilərəm ki, Aleksandr Oveçkin prezident olmaq üçün bir çox meyarlara cavab verir”, – jurnalist iddia edib.

Onun sözlərinə görə, xokkeyçinin Rusiyanın hazırkı Prezidenti Vladimir Putinin “nə vaxtsa” gedəcəyi təqdirdə prezident olmaq şansı var.