Tramp bununla Çini cəzalandırmaq istəyir - Vens Dünya

Tramp bununla Çini cəzalandırmaq istəyir - Vens

ABŞ Prezidenti Donald Trampın Çin məhsullarına əlavə 10% rüsum tətbiq etməsi Vaşinqton və Pekin arasında danışıqları asanlaşdırmaq məqsədi daşıyır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bildirib.

"Bir tərəfdən rüsumlar Amerika iqtisadiyyatından istifadə edərək ölkəmizə narkotik göndərdiyinə görə Çin üçün cəzadır. Tariflərin məqsədinin bir hissəsi münasibətlərimizə daha çox tarazlıq gətirmək üçün prezidentə Çin Kommunist Partiyası ilə danışıqlar aparmağa imkan verməkdir",- o qeyd edib.