Rostovda 29 PUA vurulub Dünya

Rostovda 29 PUA vurulub

Hava hücumundan müdafiə sistemləri gecə saatlarında Rostov vilayətinə pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumunu dəf edərək, 29 pilotsuz uçan aparatı vurub. İlkin məlumata görə, itki olmayıb.

Bu barədə qubernator vəzifəsini icra edən Yuri Slyusar məlumat verib.

“Ötən gecə Rostov vilayətində hava hücumundan müdafiə qüvvələri və vasitələri Kaşarski, Krasnosulinski, Matveevo-Kurqanski, Millerovski, Tarasovski, Çertkovski, Şoloxovski rayonlarında düşmənin kütləvi hücumunu dəf edib”, - o, Telegram kanalında yazıb.

Cavid