Putinin sözçüsü: Rusiya Tartus bazasının taleyi ilə bağlı Suriya ilə danışıqları davam etdirəcək Dünya

Putinin sözçüsü: Rusiya Tartus bazasının taleyi ilə bağlı Suriya ilə danışıqları davam etdirəcək

Rusiya Suriya ilə bir çox məsələlərlə yanaşı, Tartusdakı bazanın taleyi ilə bağlı danışıqları davam etdirəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya nümayəndə heyətinin bir müddət əvvəl Suriyanın yeni hakimiyyəti ilə təmaslar həyata keçirdiyini xatırladıb: "Nümayəndə heyətimiz bu yaxınlarda Dəməşqdə danışıqlar aparıb. Bütün məsələlər üzrə təmasların davam etdirilməsi razılaşdırılıb. Müzakirə ediləcək çoxlu məsələlər var. Biz bütün mövzular, o cümlədən Rusiyanın Tartusdakı bazasının taleyi haqqında dialoqu davam etdirəcəyik”.