İsrail Hizbullahın silah anbarlarını məhv etdi Dünya

İsrail Hizbullahın silah anbarlarını məhv etdi

İsrail Müdafiə Ordusu Livanın cənubunda Hizbullahın bir neçə silah anbarını məhv edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, 769-cu briqadanın qoşunları minaatan mərmilər, raketlər, reaktiv mərmilər, partlayıcı maddələr, odlu silahlar və çoxlu sayda hərbi texnikanın olduğu bir neçə silah anbarı aşkar ediblər. Bütün silahlar müsadirə, anbarlar isə məhv edilib.