Dünyaca məşhur jurnal Türkiyədə mütləq görülməli 10 muzey haqqında yazıb Dünya

Dünyaca məşhur jurnal Türkiyədə mütləq görülməli 10 muzey haqqında yazıb

Dünyaca məşhur Forbes jurnalı “Gözdən qaçan 10 möhtəşəm Türkiyə muzeyi” başlıqlı məqaləsində Türkiyədə mütləq görülməli olan muzeylərə yer verib.

Xalqcebhesi.az Türkiyənin “ensonhaber.com” saytına istinadən xəbər verir ki, məqalədə Türkiyənin 10 muzeyindən bəhs edilərək "Səyahətçilər tərəfindən tez-tez gözdən qaçırılan muzeylər var. Burada qədim sənətdən müasir heykəltəraşlığa, filmlərdən mozaikaya, hamamdan insan saçına qədər uzanan geniş bir kolleksiya yer alır" deyə qeyd olunub.

Siyahıda yer alan muzeylər aşağıdakı formada sıralanıb:

Baskı Müzesi, Yeni Troya Müzesi, İstanbul Sinema Müzesi, CerModern (Ankara), İzmir Çamlık Selçuk Demiryolu Müzesi (Kuşadası), Chez Galip Saç Müzesi (Avanos), Sakıp Sabancı (İstanbul), Zeugma Mozaik Müzesi (Gaziantep), Kenan Yavuz Etnografya Müzesi (Bayburt), Türk Hamamı Müzesi (Beypazarı).