Rusiya Avropaya yeni silahı ilə qorxu saldı Dünya

Rusiya Avropaya yeni silahı ilə qorxu saldı

İsgəndər-1000 raketi uzaq məsafəyə, heyrətamiz dəqiqliyə malikdir. O, hədəfə yaxınlaşanda çevik manevr edə bilir, bu da onu vurmağı qeyri-mümkün edir.

Xalqcebhesi.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Rusiyanın İsgəndər-1000 sistemi Avropada təhlükəsizliyi tamamilə dəyişməyə qadirdir.

Qeyd edilir ki, Rusiyanın İsgəndər-1000 raketi sələfi İsgəndər-M-lə müqayisədə daha uzaqmənzilli və daha dəqiqdir. İsgəndər-1000-də cəmi beş metr radial sapma mümkündür.