Əgər ABŞ təşkilatdan çıxarsa... - ÜST Dünya

Əgər ABŞ təşkilatdan çıxarsa... - ÜST

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr təşkilatın büdcəsinin 400 milyon dollar azaldılması məsələsini nəzərdən keçirəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ÜST-ün yaydığı sənəddə bildirilib.

Vurğulanıb ki, büdcənin azaldılmasının səbəbi ABŞ Prezidenti Donald Trampın ölkəsinin ÜST-dən çıxarılma proseduruna başlaması ilə bağlı qərarıdır. ABŞ təşkilatın ən böyük donorudur.

Yayılan sənədə əsasən, ÜST İcra Komitəsi əsas proqramların büdcəsini 5,3 milyard dollardan 4,9 milyard dollara azaltmağı təklif edir.

Qeyd edək ki, ÜST-nin ümumi büdcəsinin 18 faizi ABŞ-ın payına düşür.