Fransa öz qoşunlarını bu ölkədən də çıxarır Dünya

Fransa öz qoşunlarını bu ölkədən də çıxarır

Fransa qoşunlarını Seneqaldan çıxarmağa başlayıb.

Xalqcebhesi.az “Seneqo” portalına istinadən xəbər verir ki, Mareşal, Sent-Ekzüperi və Kont-admiral Prote bazaları artıq Seneqal hərbçilərinə təhvil verilib.

Bildirilib ki, fransız kontingenti sentyabr ayına qədər Seneqalı tamamilə tərk etməlidir.

Qeyd edək ki, bundan öncə Fransa ordusu Çaddan tamamilə çıxıb.