İordan çayının qərb sahilində naməlum şəxs 7 nəfəri yaralayıb Dünya

İordan çayının qərb sahilində naməlum şəxs 7 nəfəri yaralayıb

İordan çayının qərb sahilindəki Tayasir keçid məntəqəsində atışma olub.

APA İsrail mətbuatına istinadən xəbər verir ki, baş verən atışma nəticəsində azı 7 nəfər yaralanıb.

Hadisə yerinə İsrail Müdafiə Qüvvələrinin vertolyotları cəlb olunub.

İsrail mediası bildirir ki, hadisəni törədən şübhəli yeddi nəfəri yaraladıqdan sonra zərərsizləşdirilib.