“HÜCRƏ-8” əməliyyatlarında 64 şübhəli tutulub Dünya

“HÜCRƏ-8” əməliyyatlarında 64 şübhəli tutulub

İstanbulda H.Ç.-nin və Manisada M.S.-nin başçılıq etdiyi iki ayrı mütəşəkkil fırıldaqçı cinayət təşkilatına qarşı keçirilən “HÜCRƏ-8” əməliyyatlarında 64 şübhəli tutulub.

Xalqcəbhəsi.az Türkiyənin Dəmirören Xəbər Agentliyinə istinadən bildirir ki, saxlanılan şübhəlilərdən 19-u həbs edilib, 41-i barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb.