İŞİD-ə qarşı əməliyyatda 46 şübhəli ələ keçirilib Dünya

İŞİD-ə qarşı əməliyyatda 46 şübhəli ələ keçirilib

İstanbul Respublika Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar çərçivəsində İŞİD terror təşkilatının tərəfdarı kimi fəaliyyət göstərən və təşkilata maliyyə dəstəyi verən 47 şübhəli müəyyən edilib.

Xalqcəbhəsi.az-ın Türkiyənin Anadolu Xəbər Aganetliyinə istinadən xəbərinə görə, istintaq zamanı müəyyən edilib ki, şübhəlilər münaqişə zonalarına bağlı şəxslərlə birgə təşkilatçılıq fəaliyyəti həyata keçiriblər.

Şübhəlilər haqqında həbs qərarı çıxarıldıqdan sonra təhlükəsizlik qüvvələri hərəkətə keçərək mərkəzi İstanbul olan 4 vilayətdə əməliyyat keçirib.

Əməliyyatda 46 şübhəli tutulub, 1 şübhəlinin isə axtarışları davam edir.