ABŞ Rusiya konfedensial danışıqları nəticəsiz qaldı Dünya

ABŞ Rusiya konfedensial danışıqları nəticəsiz qaldı

D.Tramp Ukraynaya hərbi yardımları bərpa edib. D.Trampın yardımları dayandırmağa cəhd etməsinə baxmayaraq ABŞ-ın oturuşmuş sistemi buna imkan vermədi. ABŞ administrasiyasının Kiyevə kifayət qədər maliyyə və hərbi yardımlar etməsi gözlənilir. D.Tramp bu yardımları Ukraynadan əlvan metallar alacağı ilə əsaslandırdı.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, Rusiya və Ukrayna arasında yaxın perspektivdə sülh müqaviləsi bağlanması gözlənilmir. Rusiyanın D. Trampın şərti ilə atəşkəsə və sülh müqaviləsinə getməsi sual altındadır. Ona görə də D.Tramp Ukraynaya hərbi yardımları artırmaqla Rusiyanı sülh danışıqlarına məcbur edə bilər. Rusiya tutduğu əraziləri əldə saxlamaqla və NATO-nun 1997-ci il sərhədlərinə çəkilməsi şərti ilə sülhə razıdır. Kremlin bu təklifi Qərbin təhlükəsizlik arxitekturasının dağılması deməkdir:

"Qeyd edim ki, D.Tramp administrasiyası ilə Rusiya arasında intensiv danışıqlar gedirdi. Görünür, V. Putin D. Trampın təkliflərini qəbul etməyib. Ona görə də Ağ Ev Ukraynaya hərbi yardımların davam etməsinə qərar verib.

ABŞ Ukraynanı Rusiyaya güzəştə gedərsə, NATO parçalanması və Vaşinqtonun beynəlxalq aktor kimi mövqeyi iflas olar. Həmçinin Çinin Tayvana hərbi müdaxiləsinə gətirib çıxara bilər. Çinin Tayvana hərbi müdaxiləsi isə, üçüncü dünya müharibəsinin başlaması deməkdir. ABŞ, Ukrayna ilə bağlı Kremlin şərtləri ilə sülhə getməsi mümkün deyil".

Cavid