Lavrov: Moskva HAMAS-İsrail razılaşmalarında problemlərin yarandığına dair siqnallar alır Dünya

Lavrov: Moskva HAMAS-İsrail razılaşmalarında problemlərin yarandığına dair siqnallar alır

Moskva HAMAS-İsrail razılaşmalarında problemlərin yarandığına dair siqnallar alır.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya HAMAS-İsrail razılaşmalarında problemlərin olduğuna dair siqnallar alırıq.

"İsrailin hakim dairələrindən belə mesajlar eşidilir. Onlar deyirlər ki, HАMAS-ın öz öhdəliklərini yerinə yetirməsi bizi tam qane etmir, on a görə də biz heç nəyi istisna etmirik.
Eyni zamanda, yeri gəlmişkən, İsrail əslində heç utanmadan İordan çayının qərb sahilində hərbi əməliyyatları davam etdirir.
İnandırıcı sızmış məlumatlara görə, İsrail fələstinliləri Qəzza zolağından qovmaqla yanaşı həmçinin İordan çayının şimal-qərb sahilinə tam nəzarəti ələ keçirməyi,Livan ərazisində qalmağı da planlaşdırır. Bunu heç kim təkzib etmir. Və əlbəttə ki, Suriyanın Colan yüksəklikləri...Tramp rəsmi olaraq bu ərazini İsrailin bir hissəsi elan edib. Colan yüksəkliklərini də itirilmiş ərazi hesab etmək olar", deyə Rusiya XİN başçısı vurğulayıb.