Suriya DİN-in keçmiş rəhbəri könüllü təslim oldu Dünya

Suriya DİN-in keçmiş rəhbəri könüllü təslim oldu

Suriyanın keçmiş daxili işlər naziri Məhəmməd əş-Şaar yeni hakimiyyətə təslim olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Əl Ərəbiyyə" məlumat yayıb.

Məlumata görə, DİN-in sabiq rəhbəri güc strukturları ilə könüllü əlaqə qurub.

O, 2011-2018-ci illərdə nazir vəzifəsində çalışıb. Bundan əvvəl hərbi polisin rəhbəri olub.

Qeyd edilir ki, o, 2008-ci ildə Sednaya həbsxanasında 20-dən çox məhbusun öldürülməsi ilə nəticələnən qiyamın yatırılmasında ittiham olunur.

2011-ci ilin ortalarından Şaar Qərb sanksiyaları altındadır.