![Muzdlu ordu](https://xalqcebhesi.az/media/2025/02/05/225x136/f4458493e7b4d51c4e9d6bc732363129.jpg)
Muzdlu ordu
11:16
Əgər bu, sülhə nail olmağın yeganə yoludursa, o zaman Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar masası arxasına oturmağa hazıram.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib.
“Əgər bu, yeganə konfiqurasiyadırsa, o zaman ukraynalılar üçün sülh əldə etmək və insanları itirməmək naminə biz buna gedəcəyik”, - deyə Zelenski bildirib.
O əlavə edib ki, Kreml rəhbəri ilə şəxsi əlaqə bu halda heç bir əhəmiyyət kəsb etmir:
“Onu düşmən hesab edirəm və düşünürəm ki, o da məni düşmən sayır”.