![Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq](https://xalqcebhesi.az/media/2024/12/20/225x136/ilham-musahibe-yeni.jpg)
![Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq](https://xalqcebhesi.az/media/2024/12/20/225x136/ilham-musahibe-yeni.jpg)
ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı açıqlaması qəbuledilməzdir.
Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Fələstin məsələsi də məhz bu səbəbdən - fələstinlilərin sürgün edilməsi və İsrail vətəndaşlarının ölkəyə gətirilməsi ilə başladı. Bu problemin 1967-ci il sərhədlərinə uyğun, Fələstin dövlətinin yaranması ilə həll ediləcəyi fikri var. Biz Trampın ikidövlətli həll haqqında nəsə dediyini görmürük. Deportasiya bizim qəbul edə biləcəyimiz məsələ deyil. Bunu müzakirəyə çıxarmaq belə düzgün deyil. Bu, pis və mənasız izahatdır”, - Fidan vurğulayıb.
Qeyd edək ki, D.Tramp Qəzza sakinlərinin Misir və İordaniyaya köçürülməsini təklif edib. O, hətta ABŞ hökumətinin lazım gələrsə, Qəzzaya qoşun göndərəcəyini bildirib.