Suriyanın birinci xanımı ilk dəfə özünü göstərdi - Foto Dünya

Suriyanın birinci xanımı ilk dəfə özünü göstərdi - Foto

Suriya Prezidenti Əhməd əş-Şəranın həyat yoldaşı Lətifə əd-Darubinin qəfil görünməsi ictimaiyyətin diqqətini çəkib.

Xalqcebhesi.az xəbər verir ki, Lətifə əd-Darubi Səudiyyə Ərəbistanı və Türkiyəyə rəsmi səfərlərdə ərini müşayiət edib və burada Türkiyənin birinci xanım Əminə Ərdoğanla görüşüb.

Xatırladaq ki, Lətifə əd-Darubi 1984-cü ildə anadan olub və ixtisasca filoloqdur. O, Xüms yaxınlığındakı Qaryatayn şəhərindən olan nüfuzlu bir ailədəndir.

Darubi ailəsinin Osmanlı İmperiyasına qədər uzanan uzun bir tarixi var.