ABŞ məhkəməsi Trampın transgender qərarını əngəllədi Dünya

ABŞ məhkəməsi Trampın transgender qərarını əngəllədi

ABŞ-ın dairə məhkəməsi Prezident Donald Trampın özünü qadın kimi təqdim edən transgenderləri kişi həbsxanalarına köçürmək qərarını əngəlləyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Qeyd edək ki, Tramp trans qadınların kişi həbsxanalarına göndərilməsi və cinsiyyətin dəyişdirilməsi xidmətlərinin dayandırılmasına dair göstəriş verib. O, inauqurasiya nitqində bəyan edib ki, ABŞ-ın rəsmi siyasəti indi yalnız iki cinsi - kişi və qadını tanımaqdır.