Zəlzələnin vurduğu ziyan nə vaxt aradan qaldırılacaq? - Masatlı Dünya

Zəlzələnin vurduğu ziyan nə vaxt aradan qaldırılacaq? - Masatlı

2023-cü ilin fevralında Türkiyənin cənubunda baş vermiş zəlzələnin vurduğu ziyan gələn ilə kimi aradan qaldırılacaq.

Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyənin Hatay əyalətinin valisi Mustafa Masatlı deyib.

“Kütləvi faciə fonunda 563 min Hatay sakini təxliyə edilib. İki il ərzində onlardan 420 mindən çoxu bölgəyə qayıdıb, 140 minə yaxın insan isə əyalətdən kənarda yaşayır”, - vali qeyd edib.

O bildirib ki, bu gün 204 konteyner şəhərciyində 173 min Hatay sakini yaşayır.