Argentinada yetkinlik yaşına çatmayanlar üçün cinsi dəyişdirmə əməliyyatları qadağan edilib Dünya

Argentinada yetkinlik yaşına çatmayanlar üçün cinsi dəyişdirmə əməliyyatları qadağan edilib

Argentina hökuməti yetkinlik yaşına çatmayanlar üçün cinsiyyət dəyişdirmə əməliyyatı və terapiyanı uşaq istismarını təşkil edən bir təcrübə kimi qadağan edib.

Bu barədə Argentina prezidenti Xavyer Mileyin ofisinin dərc etdiyi bəyanatda deyilir.
"Prezident Xavyer Miley yetkinlik yaşına çatmayanların cinsiyyətinin dəyişdirilməsi əməliyyatını və terapiyasını qadağan etmək qərarına gəlib. Həddindən artıq kişik yaşlarda və zorla və ya psixoloji məcburiyyət yolu ilə uşaqlara tətbiq edilən gender ideologiyası, əslində, uşaq istismarıdır", - deyə bəyanatda bildirilir.