Ukraynanın daha 28 PUA-sı məhv edilib Dünya

Ukraynanın daha 28 PUA-sı məhv edilib

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə Rusiya bölgələri üzərində Ukraynaya məxsus 28 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 28 pilotsuz uçuş aparatını məhv edib: 13 PUA Azov dənizi üzərində, 8-i Rostov vilayətinin ərazisində”, - departament qeyd edib.

Onlar əlavə ediblər ki, daha altı pilotsuz təyyarə Krasnodar diyarında, biri Həştərxan vilayəti üzərində vurulub.

Cavid