Ukrayna Həştərxana hücum edib Dünya

Ukrayna Həştərxana hücum edib

Hava Hücumundan Müdafiə Qüvvələri (HHM) gecə saatlarında Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Həştərxan vilayətinin Axtubinski rayonuna hücumunu dəf edib. Axtubinski rayon administrasiyasının Telegram kanalının məlumatına görə, dağıntı və tələfat yoxdur

Verilən məlumata görə, fevralın 6-na keçən gecə Axtubinski rayonunda PUA-nın hücumu təhlükəsi elan edilib. Bazar ertəsi səhər saatlarında Həştərxan vilayəti Ukraynanın pilotsuz təyyarələri tərəfindən regionda yerləşən obyektlərə, o cümlədən yanacaq-energetika kompleksinə hücum edilib.

Bölgənin rəhbəri İqor Babuşkin bildirib ki, PUA-lardan biri düşən zaman Həştərxan qaz emalı zavodunda yanğın baş verib. Xəsarət alan olmayıb, yaxınlıqdakı kəndlərin əhalisinin həyatı və sağlamlığı üçün təhlükə olmayıb.

Cavid