ABŞ sağlamlıq səbəbi ilə miqrantların ölkəyə girişini qadağan edə bilər Dünya

ABŞ sağlamlıq səbəbi ilə miqrantların ölkəyə girişini qadağan edə bilər

ABŞ prezidenti Donald Trampın administrasiyası qızılca və vərəmin yayılmasına gprə mübarizə bəhanəsi ilə sığınacaq axtaran şəxslərin ölkəyə girişinə qadağa qoyulması imkanını nəzərdən keçirir.

Bu barədə çərşənbə günü Wall Street Journal (WSJ) məlumat yayıb.

Onun sözlərinə görə, söhbət pandemiya dövründə qüvvədə olan “42-ci Bölmə”nin bərpasından gedir. Bu tədbir artıq Tramp tərəfindən dövlət başçısı kimi ilk müddətində atılıb və rəsmi olaraq koronavirusun yayılmasının qarşısını almaq məqsədi daşıyıb.

Ağ Evin planlarına görə, bu dəfə miqrasiya səbəbindən vərəm və qızılca xəstəliyinin yayılma təhlükəsi “42-ci bölmə”yə müraciət etmək üçün səbəb olacaq. ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti vəziyyəti təhlil etmək üçün öz işçilərini cənub Amerika sərhədinə göndərəcək.

Cavid