İran pilotsuz uçuş aparatları daşıyan ilk hərbi gəmisini təqdim edib Dünya

İran pilotsuz uçuş aparatları daşıyan ilk hərbi gəmisini təqdim edib

İran özünün ilk pilotsuz uçuş aparatları(PUA) daşıyan hərbi gəmisini təqdim edib.

APA-nın “Mehr” agentliyinə istinadən xəbərinə görə, aviadaşıyıcı təkcə onların daşınması deyil, həm də kəşfiyyat xarakterli PUA-ların idarəolunması üçün zəruri avadanlıqla təchiz edilib.

Qeyd olunub ki, hərbi gəmidə quraşdırılan avadanlıqlar helikopterlərin istiqamətləndirilməsi fəaliyyətini də həyata keçirir.

Gəminin əsas özəllikləri arasında onun bir istiqamətə əlavə yanacaq tələb edilmədən 22 min dəniz mili boyunca məsafəni qət edərək, döyüş tapşırıqlarını yerinə yetirməsidir.