İsrail müdafiə naziri orduya qəzzalıların köçürülməsi üçün plan hazırlamağı tapşırıb Dünya

İsrail müdafiə naziri orduya qəzzalıların köçürülməsi üçün plan hazırlamağı tapşırıb

İsrailin müdafiə naziri İsrail Katz orduya Qəzzanı könüllü olaraq tərk etmək istəyən qəzzalılar üçün plan hazırlamağı tapşırıb.

APA xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrail Katzın ofisi məlumat yayıb.

O, ABŞ Prezidenti Donald Trampın İsrail Baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda görüşündən sonra təqdim etdiyi qəzzalıların köçürülməsi planını alqışlayıb: “Mən ABŞ Prezidenti Donald Trampın cəsarətli təşəbbüsünü alqışlayıram. Dünyadakı insanlar kimi Qəzza sakinlərinin də tərk etmək hüququ olmalıdır”.

Plan quru keçidləri ilə çıxışı, həmçinin dəniz və hava yolları ilə gediş üçün xüsusi tədbirləri nəzərdə tutur.