![Sahil Babayev maliyyə naziri təyin edilib](https://xalqcebhesi.az/media/2025/02/06/225x136/67a4a3c4dca3b67a4a3c4dca3c173884307628916ed5b20ec535974b0a1030538582.jpg)
![Sahil Babayev maliyyə naziri təyin edilib](https://xalqcebhesi.az/media/2025/02/06/225x136/67a4a3c4dca3b67a4a3c4dca3c173884307628916ed5b20ec535974b0a1030538582.jpg)
Şərqi Asiya və Sakit Okean hövzəsində hər gün beş yaşınadək 100-dən çox uşaq ölür. Səbəb çirkli havadır, onun səviyyəsi hər il yanvar-mart aylarında - quraqlıq dövründə pik səviyyəyə çatır.
Yeni hesabatını təqdim edən BMT-nin Uşaq Fondunun (UNİCEF) məlumatına görə, havanın çirklənməsinin təhlükəli səviyyədə olduğu ölkələrdə ümumilikdə 500 milyon uşaq yaşayır.
Belə statistikanın əsas səbəbi məişətdə yemək bişirmək və qızdırmaq üçün bərk yanacağın istifadəsidir. UNICEF-in Şərqi Asiya və Sakit Okean üzrə Regional Direktoru Jun Kunuqinin verdiyi məlumata görə, “uşaqların nəfəs aldıqları havanın çirklənməsinin səviyyəsi çox vaxt məqbul həddən artıq olur”.
UNICEF-in Kommunikasiyalar üzrə Direktoru Eliane Lüthi də əlavə etdi ki, “maska, respirator və hava təmizləyiciləri almağa imkanı olmayan yoxsul ailələrin uşaqları neqativlərə ən çox həssasdır”.
Cavid