“Crocus”da törədilən terror aktı ilə bağlı istintaq başa çatıb Dünya

“Crocus”da törədilən terror aktı ilə bağlı istintaq başa çatıb

“Crocus”da törədilən terror aktı ilə bağlı istintaq başa çatıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya İstintaq Komitəsi Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında baş verən terror aktı ilə bağlı araşdırmasını başa çatdırıb, tərəflər materiallarla tanış olmağa başlayıblar.

“Crocus”da terror aktı işi üzrə təqsirləndirilən şəxslərin vəkilləri bildiriblər ki, onlar işin mahiyyəti üzrə baxılması üçün martın sonunda, faciənin ildönümündə məhkəməyə təqdim ediləcəyini gözləyirlər.

"İş üzrə istintaq hərəkətləri başa çatıb, tərəflər işin materialları ilə tanış olmağa başlayıblar. Qanunvericiliyə görə, bunu ilk dəfə zərərçəkmişlər edir və onların sayı minə yaxındır. Ona görə də işin tez bir zamanda baxılması üçün məhkəməyə verilməsi ehtimalı azdır", - deyə təqsirləndirilən şəxslərdən birinin vəkili Oleq Vlasov bildirib.