![Sahil Babayev maliyyə naziri təyin edilib](https://xalqcebhesi.az/media/2025/02/06/225x136/67a4a3c4dca3b67a4a3c4dca3c173884307628916ed5b20ec535974b0a1030538582.jpg)
![Sahil Babayev maliyyə naziri təyin edilib](https://xalqcebhesi.az/media/2025/02/06/225x136/67a4a3c4dca3b67a4a3c4dca3c173884307628916ed5b20ec535974b0a1030538582.jpg)
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) 6 Fevral Kahramanmaraş mərkəzli zəlzələnin ildönümü ilə əlaqədar sosial media hesabından paylaşdığı açıqlamada sözügedən tarixdən bu yana meydana gələn zəlzələ məlumatlarını paylaşıb.
Xalqcəbhəsi.az Türkiyənin “ahaber.com.tr” saytına istinadən xəbər verir ki, açıqlamada, "2023-cü il fevralın 6-dan bu yana ölkəmiz və yaxın ətraflarında 107 min 439 zəlzələ baş verib. AFAD Zəlzələnin İzləmə və Qiymətləndirmə Mərkəzi tərəfindən qiymətləndirilən bu zəlzələlərin 73 min 402-si Kahramanmaraş zəlzələlərindən sonra bölgədə meydana gələn afterşoklar olub və bölgədə 4 bal gücündən çox 734 zəlzələ baş verib” deyə bildirilib.
AFAD-ın hazırladığı xəritədə Türkiyədə zəlzələ olmayan şəhərlərin sayının az olduğu görülüb.