İtaliyada helikopter qəzası olub Dünya

İtaliyada helikopter qəzası olub

İtaliyanın Parma şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb. Bildirilib ki, helikopterdə olan iki pilot və iş adamı Lorenzo Rovaqnati qəza nəticəsində həyatını itirib.

Xalqcəbhəsi.az Türkiyənin Dəmirörən Xəbər Agentliyinə istinadən bildirir ki, qəza sıx duman səbəbindən baş verib.

Qeyd edilib ki, İtaliya Milli Uçuş Təhlükəsizliyi Agentliyi (ANSV) helikopterin qəzaya uğraması ilə bağlı araşdırmalara başlayıb. Parma Respublika Prokurorluğu isə helikopterin qara qutusunun tapılaraq araşdırılması göstərişi verib.