ABŞ-də hava limanında təyyarələr toqquşub Dünya

ABŞ-də hava limanında təyyarələr toqquşub

Yaponiya Hava Yollarına məxsus təyyarə ABŞ-nin Seattle-Tacoma Beynəlxalq Hava Limanında dayanmış Delta Hava Yolları təyyarəsinin quyruğuna çırpılıb.

Xalqcəbhəsi.az Türkiyənin “sozcu.com.tr” saytına istinadən xəbər verir ki, Delta Hava Yollarının 1921 saylı reysində 142 sərnişin olub. Yaponiya Hava Yollarının 68 saylı reysin sərnişinlərinin sayı açıqlanmasa da, səlahiyyətlilər hər iki təyyarədə xəsarət alanların olmadığını bildiriblər. Bütün sərnişinlər təhlükəsiz şəkildə təyyarədən təxliyə edilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) qəzadan sonra bəzi uçuşları müvəqqəti olaraq dayandırıb. Lakin Seattle-Tacoma Hava Limanı rəsmiləri əməliyyatlarda böyük bir dayandırılma olmadığını söyləyib.