Primakov Azərbaycandan "Rus Evi"nin qeydiyyata alınması tələbi ilə nota aldığını təsdiqləyib Dünya

Primakov Azərbaycandan "Rus Evi"nin qeydiyyata alınması tələbi ilə nota aldığını təsdiqləyib

“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Bakıda Rusiya Mədəniyyət Mərkəzinin (“Rus Evi”) qeydiyyata alınmasının zəruriliyi ilə bağlı Azərbaycandan nota aldığını təsdiqləyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, o, bu barədə “Rossiya-24” telekanalının efirində bildirib.

“Orada deyilir ki, bizim nümayəndəliyimiz, xalq arasında "Rus Evi" kimi tanınan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir”, - Primakov vurğulayıb.

Onun sözlərinə görə, Bakıdakı “Rus Evi” icarəyə götürdüyü binanı ay yarım ərzində tərk etməlidir: “Çünki sahibi binanı təcili satmaq niyyətində olduğunu açıqlayıb. Danışıqlar aparılan digər binanın sahibi isə hələlik fasilə götürüb”.