Tramp: Hərbi əməliyyatlardan sonra İsrail Qəzza zolağını ABŞ-yə təhvil verəcək Dünya

Tramp: Hərbi əməliyyatlardan sonra İsrail Qəzza zolağını ABŞ-yə təhvil verəcək

Qəzza zolağı hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail tərəfindən ABŞ-yə təhvil veriləcək.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

“Qəzza zolağı hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail tərəfindən ABŞ-yə təhvil veriləcək. Fələstinlilər artıq bölgədə daha təhlükəsiz və daha gözəl icmalara, yeni və müasir evlərdə yerləşdiriləcəklər”, - Tramp qeyd edib.