İsrail məhv etmişdi, İran bu sistemləri yenə nümayiş etdirdi Dünya

İsrail məhv etmişdi, İran bu sistemləri yenə nümayiş etdirdi

Ötən ilin oktyabr ayında İsrailin Tehranın müdafiə sistemini ciddi şəkildə zəiflədən hücumlarından sonra İran dünən hərbi təlim zamanı Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sistemlərindən istifadə edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Fars Nyus” məlumat yayıb.

Qeyd edək ki, ötən ilin oktyabrında İsrailin İrana qarşı hava zərbələri zamanı Rusiya istehsalı S-300 hava hücumundan müdafiə sistemlərinin də məhv edildiyi bildirilmişdi. Qərb mətbuatı həmin hücum zamanı üç S-300 zenit-raket kompleksinin vurulduğunu yazmışdı.