Ukrayna Kurskda hücuma keçdi: Şiddətli döyüşlər gedir Dünya

Ukrayna Kurskda hücuma keçdi: Şiddətli döyüşlər gedir

16:20

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində yeni hücuma başlayıb.

Xalqcebhesi.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Z əməliyyatı: Rus baharının müharibə müxbirləri" (RV) Teleqram kanalı məlumat yayıb.

Hərbi müxbirlərin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri fevralın 6-da səhər saatlarında hücum əməliyyatlarına başlayıb. Ukrayna əsgərləri Plexovo qəsəbəsinə çatmağa çalışırlar.

Jurnalistlər yazır ki, Ukrayna Silahlı Qüvvələri zirehli texnikanı önə çıxarıblar. Onların qarşısında isə mina təmizləyən maşınlar var.

Hazırda şiddətli döyüşlərin getdiyi bildirilir, itkilər barədə məlumat verilmir.

***

Ukrayna Silahlı Qüvvələri əvvəllər “boz” zonada olan kiçik Çerkasskaya Konopelka kəndini nəzarətə götürüb.