KİV: HƏMAS liderləri Qəzzanı tərk edərsə, Netanyahu Qəzza münaqişəsinə son qoyacaq Dünya

KİV: HƏMAS liderləri Qəzzanı tərk edərsə, Netanyahu Qəzza münaqişəsinə son qoyacaq

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a səfəri zamanı bildirib ki, Fələstinin HƏMAS hərəkatının rəhbərliyi regionu tərk edib üçüncü ölkəyə gedərsə, Qəzza zolağında münaqişəyə son qoymağa hazırdır.

Bu barədə “Axios” portalı məlumat yayıb.

“Netanyahu HƏMAS-ın hakimiyyətdən əl çəkməsi və liderlərinin Qəzza zolağından çıxması müqabilində Qəzzada müharibəni bitirmək planını təqdim edib”, - nəşr qeyd edib.