Braziliyada sel səbəbindən 7 nəfər həyatını itirib Dünya

Braziliyada sel səbəbindən 7 nəfər həyatını itirib

Braziliyanın Pernambuko əyalətinin şimal-şərqində güclü yağışın sel və torpaq sürüşməsinə səbəb olduğu bildirilib.

Axtarış-xilasetmə işlərinin davam etdiyi bölgədə ilkin məlumatlara görə 7 nəfər həyatını itirib.

Xalqcəbhəsi.az Türkiyənin “ahaber.com.tr” saytına istinadən bildirir ki, şəhərin bir neçə yerində məktəblərin fəaliyyəti dayandırılıb, 90 ailə riskli ərazilərdən təxliyə edilib.

Milli Meteorologiya İnstitutu (Inmet) və Pernambuco Su və İqlim Agentliyi (Apac) yağışların bir müddət daha şiddətli olacağını bildirərək əhaliyə diqqətli olmaları barədə xəbərdarlıq edib.