Daily Mail Trampın Ukrayna ilə bağlı ehtimal edilən sülh planını dərc edib Dünya

Daily Mail Trampın Ukrayna ilə bağlı ehtimal edilən sülh planını dərc edib

Britaniyanın “Daily Mail” nəşri ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı ehtimal olunan sülh planını dərc edib.

Tabloid qeyd edir ki, bu plan Kiyevdə “siyasi və diplomatik dairələrdə” müzakirə olunur. Lakin sənədin həqiqiliyi təsdiqini tapmayıb.

Plana görə, atəşkəs Pasxa bayramına, yəni aprelin 20-nə kimi baş tutacaq. Mayın 9-na kimi tərəflər münaqişəyə son qoymaq üçün parametrləri razılaşdırmalıdırlar. Bundan sonra Kiyev hərbi vəziyyətin müddətini uzatmayacaq və qoşunları səfərbər etməyəcək

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətini tərk edəcək. Kiyev itirilmiş ərazilərindən və NATO-ya üzv olmaq fikrindən əl çəkəcək. Demilitarizasiya zonasının mühafizəsi üçün Ukraynada avropalı əsgərlər yerləşdiriləcək. Kontingentə Britaniya hərbçiləri də daxil ola bilər. Amerika ordusu bu işdə iştirak etməyəcək.

Cavid