Gürcüstanda QHT-lərlə bağlı yeni qanun qəbul ediləcək Dünya

Gürcüstanda QHT-lərlə bağlı yeni qanun qəbul ediləcək

QHT-lər də fəaliyyət göstərən təşkilatlar daha yumşaq qanunlarla belə, çoxu qeydiyyatdan keçməkdən çəkinirdilər. Biz bu qanunvericiliyi asanlıqla genişləndirə bilərik və bu qanunla fəaliyyət göstərən QHT-lərin şəffaflığını təmin edə bilərik.

Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, "ən yaxşı yol Amerikanın FARA qanununun bizim reallığımıza uyğun şəkildə birbaşa tətbiqidir".

"Artıq bir neçə ildir, xüsusən son iki ildə, biz bu problemlərdən danışırıq ki, bunlar indi ABŞ-ın yeni rəhbərliyi tərəfindən açıq şəkildə bəyan edilib. Bu, birbaşa təsdiqləyir ki, xarici maliyyə, xüsusən də amerikan maliyyəsi, müxtəlif ölkələrdə, o cümlədən Gürcüstanda inqilablar və xaos yaratmaq üçün istifadə olunub. Xaricdən maliyyələşən QHT təşkilatları bu işdə əsas rol oynayıblar. Çünki hər şey açıq-aydın ortadadır və yalnız Gürcüstan hökuməti bu ciddi problem haqqında danışmır. Buna görə də, biz QHT təşkilatlarının şəffaflığı ilə bağlı qanunvericiliyi asanlıqla genişləndirə bilərik", - deyə İrakli Kobaxidze söyləyib.

Cavid