Tramp administrasiyası Ukrayna münaqişəsinin həllinə çalışır Dünya

Tramp administrasiyası Ukrayna münaqişəsinin həllinə çalışır

ABŞ prezidenti Donald Trampın bütün administrasiyası Ukraynadakı münaqişənin həll yollarının tapılmasında iştirak edir.

Bu barədə Amerika liderinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.

"Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq həqiqətən bütün administrasiyanın işidir, bu, bütün hökumətin yanaşmasıdır. Bütün milli təhlükəsizlik komandamız bunu müzakirə edir - prezident, vitse-prezident, milli təhlükəsizlik üzrə köməkçi, dövlət katibi və xəzinədarlıq, Ağ Evin Milli Təhlükəsizlik Şurası. Hamı birlikdə işləyir”, o, “New York Post”a deyib.

Kelloqq həmçinin bildirib ki, ABŞ prezidenti keçən həftə bütün milli təhlükəsizlik komandası ilə görüşərək “hökumətin bütün elementlərini” münaqişəyə cəlb olunmasını müzakirə edib.

Cavid