"ABŞ-da dövlətin idarəetmə fəlsəfəsi dəyişir" Dünya

"ABŞ-da dövlətin idarəetmə fəlsəfəsi dəyişir"

Praqmatik və biznesmen təfəkkürlü, qeyri-standart siyasətçi olan ABŞ-ın yeni prezidenti Donald Tramp Amerikanın daxilində idarəetmə sisteminin fəlsəfəsini dəyişir. Təbii ki, hər bir dəyişikliyin çətinlik və narazılıq yaradacağı gözləniləndir.

Bunu "Xalq Cəbhəsi"nə siyasi şərhçi Əkrəm Bəydəmirli deyib.

Onun sözlərinə görə, müşahidələr göstərir ki, idarəetmə sistemində fundamental dəyişiklik ABŞ-da yalnız Trampın ideyası deyil. Bu, həm də beyin mərkəzlərinin uzunmüddətli təhlillərinin ortaya qoyduğu və mövcud reallığa uyğun hazırlanan hesabatın nəticəsidir:

"ABŞ-da Hökumət Effektivliyi İdarəsinin yaranması və qurumun rəhbəri amerikalı milyarder İlon Maskın aparılacaq islahatlarla bağlı fikirləri idarəetmə sistemində ciddi yeniliklərdən xəbər verir.
Mənim qənaətimcə, digər ölkələr də bu təcrübədən yararlanacaq. İdarəetmə fəlsəfəsinin dəyişməsi, effektli idarəetmə sistemi yalnız cazibədar təklif, gəlişigözəl ifadələr deyil. Hazırkı məqamda strateji təhlükəsizliyi təmin etmək, iqtisadi, siyasi müstəqilliyi qorumaq üçün effektli idarəetmə sisteminin təmərküzləşməsi zəruridir".

Cavid