![Rusiyada olan bütün azərbaycanlılar həbs olunsun! - Şok çağırış](https://xalqcebhesi.az/media/2025/02/06/225x136/kremll.jpg)
![Rusiyada olan bütün azərbaycanlılar həbs olunsun! - Şok çağırış](https://xalqcebhesi.az/media/2025/02/06/225x136/kremll.jpg)
6 Fevral 17:09
6 Fevral 16:02
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Hakurk bölgəsində keçirdiyi əməliyyatla terror təşkilatı PKK/KCK-nın liderlərindən olduğu iddia edilən "Berhudan Harun" kod adlı Murat Keleşi zərərsizləşdirib.
Xalqcəbhəsi.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” Xəbər Agentliyi məlumat paylaşıb.
Məlumatda deyilir ki, MİT 2016-cı ildə Şırnakın Silopi rayonunda Türkiyə təhlükəsizlik qüvvələrinin zirehli maşınına raket atəşi açanlardan biri olan terrorçu M.Keleşi təqib etməyə başlayıb.
Türkiyədə "terror cinayətləri"nə görə axtarışda olan M.Keleşin İraqın Hakurk çölündə sözdə məsul səviyyədə fəaliyyət göstərdiyi məlum olub.
MİT-in kəşfiyyat şəbəkəsi sayəsində böyük şəhərlərdə əməliyyat keçirmək üçün qərb əyalətlərinə partlayıcıların daşınmasını təşkil edən M.Keleşin yerini müəyyən edib.
Uzun müddətdir gizlənərək yaşayan terrorçu MİT-in təşkil etdiyi dəqiq əməliyyatla zərərsizləşdirilib.