![İlham Əliyev Bakıda bu yeni parkın açılışında iştirak etdi](https://xalqcebhesi.az/media/2025/02/07/225x136/67a6306f0bb5967a6306f0bb5a173894462367a6306f0bb5767a6306f0bb58.jpg)
![İlham Əliyev Bakıda bu yeni parkın açılışında iştirak etdi](https://xalqcebhesi.az/media/2025/02/07/225x136/67a6306f0bb5967a6306f0bb5a173894462367a6306f0bb5767a6306f0bb58.jpg)
ABŞ administrasiyası İrana yeni sanksiyalar tətbiq edib. İranın neft satışına tətbiq edilən yeni sanksiyalar ölkə daxilində sosial və siyasi gərginliyə gətirib çıxaracağı mümkündür. İran rialı, dollar qarşısında hər keçən gün dəyərdən düşməsi, əhalinin real alıcılıq qabiliyyətini aşağı salır. Ölkədə inflyasiyanın psixoloji həddi keçməsinə gətirib çıxarır.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, ölkə iqtisadiyyatının tənəzzülü hakimiyyət daxilində siyasi qruplar arasında qarşıdurmaya yol açmasına gətirib çıxarması istisna deyil. Prezident M.Pezeşkian islahatçı qanadı təmsil etməsinə baxmayaraq, Qərblə dialoq baş tutmur. Çünki, SEPAH və mühafizəkar dairələr İranın xarici siyasətində sərt xətti davam etdirməklə, Qərblə normallaşmamın qarşısını alırlar. Məhz Qərblə danışıqlar üçün görəvləndirilən C.Zərifin işi çətinləşib.
Politoloq bildirib ki, İran sanksiyalara görə neftini Çin və Hindistana ixrac edirdi. Bunun da qarşısını Tramp yeni sanksiyalar tətbiq etməklə qarşısını alır. Təkcə neft hasilatı deyil, İran dünyanın qaz yatağına malik ilk onluqda olmasına baxmayaraq qaz ixrac edə bilmir. Həmçinin texniki imkanları aşağı olduğu üçün əhalinin qazla təminatında əziyyət çəkir. Ölkədə enerji böhranı növbəti mərhələdə hakimiyyət böhranı ilə əvəzlənməsi gözlənilir. ABŞ sanksiyaları genişləndirsə, İran neft çıxarmasını dayandıra bilər. Çünki, neft satışından valyuta daxil olmasa, neftin çıxarılması baha başa gələcək:
"İran uranın zənginləşdirilməsini davam etdirərsə, növbəti eskalasiyaya gətirib çıxara bilər. Artıq ABŞ İsrailə İranın yeraltı nüvə və raket bunkerlərini dağıda bilən bombalar verib.
İsrailin Baş naziri B.Netanyahu və D.Tramp İranda hakimiyyətin çökməsi üçün ciddi tədbirlər görəcək. İranın nüvə və raket mərkəzlərinə hava hücumları mümkündür. İran rejimi öz hərbi imkanlarını genişləndirsə də, havadan müdafiə sistemləri sıradan çıxarılıb. Ölkə havadan hücum təhlükəsinə görə müdafiəsiz qalıb".
Cavid