Niderland da Rza Pəhləvinin konfransını ləğv etdi Dünya

Niderland da Rza Pəhləvinin konfransını ləğv etdi

Almaniya Xarici İşlər Nazirliyi İranın keçmiş şahının oğlu Rza Pəhləvinin Münhen Təhlükəsizlik Konfransında iştirakının qarşısı almasından sonra Niderland da onun bu ölkədə nəzərdə tutulan çıxışına icazə verməyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Niderland parlamenti məlumat yayıb.

Məlumatda fevralın 13-ə nəzərdə tutulan konfransın ləğv edilməsinin iş qrafiki ilə bağlı problemlərə görə olduğu bildirilib.

Bundan öncə Britaniyanın Kembric Assambleyası da Rza Pəhləvinin konfransını ləğv etdiyini açıqlamışdı.