İzmirdə dəniz geri çəkilib Dünya

İzmirdə dəniz geri çəkilib

Türkiyənin İzmir şəhərində bir vətəndaşın çəkdiyi görüntülər görənləri heyrətə gətirib. Görüntülərdə dəniz suları yüzlərlə metr geri çəkilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “yenisafak.com” saytı məlumat paylaşıb.

Məlumatda qeyd edilir ki, sosial mediada paylaşılan sözügedən video səbəbindən son günlər Egey dənizində bir-birinin ardınca baş verən zəlzələ və sunami iddiaları yenidən müzakirə edilməyə başlayıb.

Bildirək ki, yanvarın 28-dən bəri Egey dənizində baş verən ardıcıl zəlzələlər Yunanıstanın Santorini adasında böyük narahatlıq yaradıb. Sosial mediada paylaşılan görüntülərdə ada sakinləri və turistlər sunami və vulkan püskürməsi təhlükəsindən qaçmaq üçün feribot və təyyarələrlə adanı tərk ediblər.

Zəlzələlərin və tektonik hərəkətlərin Santorini adasındakı vulkanın aktivləşməsi ilə bağlı olduğunu iddia edənlər olsa da, ehtimal olunan püskürmənin Egey dənizi ilə həmsərhəd bölgələrdə sunami təhlükəsi yaradacağı ifadə edilib.

Bundan əlavə, Yunanıstan hökuməti bölgədə fövqəladə vəziyyət elan edib və güclü zəlzələdən qorunmaq üçün Santorini adasına əlavə əsgərlər, polis və yanğınsöndürənlər göndərilib.