Paşinyanın bu bəyanatı normallaşmanı təhlükəyə salır Dünya

Paşinyanın bu bəyanatı normallaşmanı təhlükəyə salır

Ermənistan Baş naziri Nikol Paşinyanın ziddiyyətli bəyanatları İrəvanla Ankara arasında münasibətlərin normallaşması üzrə səyləri təhlükə altına alır.

Xalqcebhesi.az xəbər verir ki, bunu türkiyəli ekspert Tuğçə Tecimər deyib.

“Ermənistan rəhbərliyinin bəyanatlarına baxmayaraq, İrəvanda bu günə qədər Ankara ilə etibarlı mühitin formalaşdırılması yolunda heç bir əməli addım atılmayıb”, - ekspert bildirib.

Qeyd edək ki, daha öncə Paşinyan İsveçrədə qondarma erməni soyqırımının “təkrar araşdırılması məsələsinin zəruriliyindən” danışıb. Lakin onun bu fikirləri sərt tənqidlərə tuş gələn kimi dərhal bəyan edib ki, “soyqırımı” məsələsinə sadiqdir.